ABŞ-da koronsavirusa yoluxma hallarının sayı 25 milyonu keçib.

Bu barədə federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin məlumatlarını toplayan Cons Hopkins Universiteti bildirib.

Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 25 003 695-ə çatıb. ABŞ-da virusdan ölüm hallarının sayı 417 538 təşkil edir.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayına görə liderdir. ABŞ həmçinin pandemiya qurbanlarının sayına görə də bütün ölkələri qabaqlayıb.

İstinadlar Report