ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines”in “Boeing 757-200” təyyarəsi Solt-Leyk-Siti şəhərinin aeroportunda qəza enişi edib.
Bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin nümayəndəsi WGN telekanalına bildirib.
Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.
Qeyd edilir ki, avialayner sol mühərrikində yaranmış nasazlığa görə məcburi eniş edib. O Atlantadan Sietlə doğru uçurmuş.