ABŞ-da son sutkada yeni növ koronavirusa yoluxanların sayı 24 mindən çox olub, 1 000-ə yaxın insan virusun qurbanı olub.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son gündə ölkədə 24 720 yeni yoluxma hadisəsi qeydə alınıb. Bu, son iki həftə ərzində ən yüksək göstəricidir. Son sutkada ölənlərin sayı isə 921 nəfər olub.

Bununla da, universitetin məlumatlarına görə, ABŞ-da ümumilikdə 1,8 milyondan çox insan koronavirusa yoluxub, 109 mindən çox ölüm faktı qeydə alınıb.

Bununla yanaşı, 491 mindən çox insanın sağaldığı qeyd olunur.

İstinadlar Report