
ABŞ-ın Nevada ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bunu yerli polis bildirib.
Məlumata görə, hadisə ştatın Xenderson şəhərində Şükranlıq günü bayramında baş verib. Yaralılar müxtəlif rayonun sakinləridir.
Polis əməkdaşları hadisə yerində 5 yaralı aşkarlayıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri, 22 yaşlı kişi xəstəxanada ölüb.