ABŞ-da atışma olub.

Hadisə İllinoys ştatında, “Henry Pratt” şirkətinin mənzil qərargahı qarşısında qeydə alınıb.

Hadisə zamanı 4 polis əməkdaşı və daha bir neçə mülki şəxs yaralanıb. Jurnalistlərin verdiyi məlumata görə, bina əhatəyə alınıb və ərazidə bir neçə polis maşını var. Bildirilir ki, xüsusi təyinatlıların iştirakı ilə xüsusi əməliyyatın başlanacağı gözlənilir.

Hadisəni törədən cinayətkar hələ tapılmayıb.

Daha əvvəl ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb.

İstinadlar Report