
ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.
Bu barədə “Associated Press” məlumat yayıb.
Silahlı cinayətkar öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.
Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.