ABŞ-da baş verən atışmada 6 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisə ölkənin şimalındakı Pensilvaniya ştatının Filadelfiya şəhərində qeydə alınıb.

Naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları xəsarət alanların vəziyyəti barədə məlumat vermirlər.

Polis hələlik cinayətkarı yaxalaya bilməyib.

İstinadlar Report