ABŞ hökuməti işini dayandırdığından Nyu-Yorkda yerləşən “Azadlıq abidəsi”nin əməkdaşları qapıları ziyarətçilərin üzünə bağlamalı olub.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, abidəni yaxından görmək istəyən turistlət biletlər əldə etsələr belə, nə abidənin özünə, nə də yaxınlığdakı parka daxil ola biliblər.

Qeyd edək ki, Konqres hökumət büdcəsinə dair razılığa gələ bilmədiyinə görə hökumət işini müvəqqəti dayandırıb.

ABŞ Senatında müvəqqəti büdcə ilə bağlı səsvermə yanvarın 22-ə təyin edilib. 

İstinadlar Report