ABŞ-ın Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə NBC televiziyası xəbər yayıb.

Qeyd olunub ki, ticarət sərnişin avtobusu Viksburqdan şərqdə şosedən çıxaraq aşıb.

Nəticədə 6 nəfər hadisə yerində, daha bir sərnişin isə xəstəxanada ölüb. Qəzada xəsarət alan ən azı 37 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

İstinadlar Report