ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.

Bu barədə yerli “Baltimore Sun” nəşri məlumat yayıb.

Məlumata görə, evdə baş vermiş hadisə zamanı 3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edilir ki, polisə şəhərdə atışma və yanğın barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi yerindəcə zərərsizləşdiriblər. Eyni zamanda yanğını da söndürmək mümkün olub.

İstinadlar Report