ABŞ-ın Las-Veqas şəhərində baş vermiş atışma zamanı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Las-Veqas bulvarında bir qrup kişi arasında dava olub. Münaqişə iştirakçılarından biri atəş açıb. O, öz rəqibinə odlu silahdan atəş açıb və gizlənməyə çalışıb. İki nəfər isə ona yaxınlaşaraq silahlı kişinin başına daş atıb. Təqib edilən şəxs onların hər ikisinə atəş açaraq yaralayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onların həyat üçün təhlükə yoxdur.

İstinadlar Report