ABŞ-ın Los-Anceles şəhərinin mərkəzindən cənub-şərqdə yerləşən İnqlvud şəhərində bir evdə ziyafət zamanı baş verən atışma nəticəsində 4 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Insident yerli vaxtla saat 1:30 (Bakı vaxtı ilə 13:30-red) radələrində baş verib. Şəhərin meri Ceyms Butts hücumda bir neçə nəfərin tüfəng və tapança da daxil olmaqla müxtəlif növ silahlardan atəş açdığını bildirib.

“Bunlar cəmiyyətdən təcrid edilməli olan qatillərdir. Təslim olun. Sizi tapacağıq və mühakimə edəcəyik”, – o deyib.

İstinadlar Report