ABŞ-da 44 yaşlı anasını güllələyərək öldürən 10 yaşlı oğlana qarşı ittiham irəli sürüləcək.

Bu barədə “FoxNews” məlumat yayıb.

Hadisə 2022-ci il noyabrın sonunda Viskonsin ştatında baş verib. Uşaq dindirmə zamanı valideynini ehtiyatsızlıqdan öldürdüyünü bildirib. Lakin sonradan qohumları ilə söhbətdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanın hirs tutmalarına meyilli olduğunu, ev heyvanlarına qarşı qəddar olduğunu anlayıblar.

Sonrakı araşdırma zamanı məlum olub ki, qadın başından dəqiq nişanlanmış güllə ilə vurulub. Hadisədən dərhal sonra oğul sonradan polisə müraciət edən bacısını oyadıb.

Bir müddət sonra oğlan anası ona virtual reallıq dəbilqəsi almağı qadağan etdiyi üçün ondan incidiyini etiraf edib. Qadının ölümündən bir gün sonra o, onlayn mağazadan sifariş verib.

İstinadlar Report