ABŞ-da elektron siqaretlə bağlı (“veypinq” – red) xəstəliklərlə əlaqədar ölüm hadisələrinin sayı 30-u ötüb.

Bu barədə ABŞ Hökuməti yanında Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (CDC) bildirib.

Qeyd edilir ki, xəstələnənlərin sayı 1,5 min nəfərə çatır.

Oktyabrın 15-də 24 ştatda 33 ölüm hadisəsi qeydə alınıb. Alyaska istisna olmaqla, “veypinq”lə bağlı xəstəliklər 49 ştatda aşkarlanıb.

Xəstəliyin səbəbi indiyə qədər məlum deyil.

Daha əvvəl bildirilirdi ki, ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub. Həkimlər elektron siqaretdən istifadə edərək ciyər xəstəliyindən əziyyət çəkənlərdə pnevmoniyaya oxşar – öskürəyə, çətin nəfəsalma və sinə ağrıları əlamətlərini qeydə alıblar.

İstinadlar Report