ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm hadisəsi qeydə alınıb.

Bu barədə CNN telekanalı federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, son gündə Birləşmiş Ştatlarda 1 700 nəfər pandemiyanın qurbanı olub. Daha əvvəl Con Hopkins Universiteti Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayının 12 min 21 nəfər təşkil etdiyini bildirib. Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının sayı 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.

Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.