ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir.

Bu barədə “Deathpenaltyinfo-org” portalı məlumat yayıb.

Belə ki, 1976-cı ildən 2024-ci ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib. Cəzaların 1402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir – hər biri 3 halda.

Təkcə ötən il 24 nəfər edam edilib. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.

Edam edilən ştatların sayına görə isə Texas 586 nəfərlə liderlik edir. Qeyd olunub ki, hazırda ABŞ-da edamı gözləyən 2 333 nəfər var. Onlardan 665-i Kaliforniya təcridxanalarında saxlanılır.

İstinadlar Report