ABŞ-da MD-82 sərnişin təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.

Bu barədə “Associated Press” (AP) məlumat yayıb. Məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Hadisə zamanı təyyarənin göyərtəsində 126 nəfər olub. Eniş zamanı onun ön şassisi qırılıb.

Bütün sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Yaralılar tibb müəssisələrinə, qalanları isə avtobuslarla təyyarənin dayanacağından terminala aparılıb.

Hava limanında bir neçə reys təxirə salınıb. Yanğınsöndürmə briqadası alovun nəzarət altına alındığını bildirib, hazırda yanacaq sızması fəsadlarının aradan qaldırılır.

İstinadlar Report