ABŞ-da 120-dən çox sakinə qarşı Vaşinqtonda iğtişaşlar təşkil etmək və yanvarın 6-da Kapitoli binasını ələ keçirmək üzrə ittiham irəli sürülüb.

Bu barədə CNN teleşirkəti məlumat verib.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi bu barədə Prezident Cozef Baydenin administrasiyasına məlumat verib.

İttihamların xarakteri ABŞ Konqresinin binasına qanunsuz girişdən tutmuş polis əməkdaşına qarşı hücumlara qədər dəyişir. Teleşirkətdən qeyd olunub ki, bəzi müttəhimlər daha ciddi məsələlər – sui-qəsd təşkil etmək və zorakı hərəkətlər etmək təhdidləri ilə ittiham olunurlar. Ədliyyə Nazirliyinin səlahiyyətliləri yeni administrasiyaya şübhəlilərin “ümummilli axtarış”ının davam edəcəyi barədə bilgi verib.

İstinadlar Report