ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə qarşı ticarət rüsumlarını ləğv etmək məsələsini deyil, onları “əhəmiyyətli bir dövr ərzində” saxlamağı nəzərdən keçirir.

Trampın fikrincə, rüsumlar Birləşmiş Ştatlara Pekinlə danışıqlarda köməklik göstərir.

“Biz sanksiyaların ləğvindən danışmırıq. Biz onları əhəmiyyətli bir müddət ərzində saxlamağı düşünürük, çünki biz əmin olmalıyıq ki, saziş bağlayacağımız təqdirdə, Çin onlara riayət edəcək”, – deyə Tramp bildirib.

O əlavə edib ki, Çin ilə ticarət sövdələşməsi barədə danışıqlar “yaxşı” irəliləyir.

İstinadlar Report