
ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviterdə yazıb.
“Bu gün mən Luis Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, – Blinken qeyd edib.