ABŞ Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Han Deok Su ilə əməkdaşlığa hazırdır.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərindən sonra İordaniyada keçirdiyi mətbuat konfransında bildirib.

“Koreya Respublikası demokratik möhkəmliyini nümayiş etdirdi. O, konstitusiyasında əksini tapmış prosesi dinc şəkildə izlədi. Biz prezident Han Deok Su ilə işləməyə hazırıq”, – Blinken deyib.

Dövlət katibi əlavə edib ki, ABŞ Koreya xalqını, həmçinin Vaşinqton və Seul arasında ittifaqı dəstəkləyir.

İstinadlar Report