“ABŞ-nin BMT-yə borcu 2,8 milyard dollardır. Bunlardan 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə olan borcdur”.

Bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.

Hak xatırladıb ki, dünya təşkilatının təsdiq edilmiş qaydalarına əsasən, əgər ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

İstinadlar Report