ABŞ Atlantik okeanında “Trident II” ballistik raketini uğurla sınaqdan keçirib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin tvitter səhifəsində deyilir.

Məlumatda qeyd olunur ki, sınaq müvəffəqiyyətlə başa çatıb: “Trident II D5LE” raketlərini Atlantik okeanı üzərində uğurla sınaqdan keçirdik”.

Bu sınaqlar ABŞ-ın XXI əsrdə strateji müdafiə qabiliyyətini ortaya qoyur.