ABŞ Müdafiə Nazirliyinin hazırladığı 1960-cı illərin B-52 “Stratofortress” bombardmançı təyyarələrin mühərriklərinin dəyişdirilməsini və yeni radarların quraşdırılmasını nəzərdə tutan proqramın dəyəri 15 milyard dollara çata bilər.

Bu barədə “Defence One” portalı məlumat yayıb.

“Son hesablamalara görə, B-52 təyyarələrinin mühərrikinin dəyişdirilməsi üzrə proqramının dəyəri 15 milyard dollara qədər artıb. Bu, ilkin məbləğdən 2,5 milyard dollar çoxdur”, – proqram rəhbərlərindən birinin müavini Brayan Nayt bildirib. O əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri layihənin yekun dəyərini dəqiqləşdirməyə davam edir.

İstinadlar Report