
Amerika administrasiyası ABŞ silahlarının Ukraynanın milli “Azov” alayına tədarükünə qoyulan qadağanı ləğv edib.
Qeyd olunub ki, Birləşmiş Ştatların xarici hərbi birləşmələrə yardım göstərməsinə mane olan Lihi Aktı əsasında alay barədə hərtərəfli yoxlama aparılıb. Vurğulanıb ki, Amerika hakimiyyətinin alayın insan hüquqlarının pozması barədə heç bir sübutu yoxdur.
Xatırladaq ki, 2017-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi haqqında qanun imzalayıb.