ABŞ-ın Azərbaycandakı səfirliyi tələbələrə diplomatik təcrübə keçəcək.

Bu barədə səfirlikdən bildirilib.

Səfirlik mədəniyyət proqramları və ya mətbuat tədbirləri ilə maraqlanab, liderlik bacarığına əmin olan gəncləri diplomatik mühitdə təcrübə keçməyə dəvət edib.

“ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr bölməsində təcrübə proqramı üçün müraciətləri qəbul etdiyimizi açıqlamaqdan məmnundur. Müvəffəqiyyətli namizədlər bir sıra təhsil layihələrində və ya media tədbirlərində iştirak etmək, həmçinin Amerika diplomatlarının gündəlik işi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Biz ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatik missiyasını inkişaf etdirmək üçün çalışarkən öyrənmək, inkişaf etmək və yeni bacarıqlar inkişaf etdirmək istəyən komandamıza qoşulmaq üçün istedadlı və həvəsli tələbələr axtarırıq”, – səfirlikdən bildirilib.

İstinadlar Report