“ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt deyib.

“ABŞ-da “yaşıl hidrogen” sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı Azərbaycanın külək və “yaşıl enerji”nin digər növləri üzrə imkanları barədə mənə məlumat verildi”, – o deyib.

C. Pyattın sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübə və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk”.

İstinadlar Report