“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizə sadiqik”.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun Ermənistana Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda qeyd olunub.

“Tərəfləri ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində faydalı danışıqları ən qısa müddətdə başlamağa çağırırıq”, – dövlət katibi vurğulayıb.