“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır”, – o bildirib.

Patel həmçinin qeyd edib ki, qurum ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona mümkün səfəri ilə bağlı hələlik hər hansı açıqlama vermək niyyətində deyil.

İstinadlar Report