Böyük Britaniyaya daha bir, artıq sayca dördüncü amerikan “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi gəlib.

Bu barədə “Gloucestershire Live” xəbər xidməti məlumat yayıb.

Nüvə silahı daşıya bilən bombardmançı təyyarələr İngiltərənin Ferford aviabazasında yerləşdirilib. Onların Şimali Dakota ştatındakı Minot aviabazasından köçürülməsi hələ çərşənbə axşamı başlayıb.

Bombardmançı təyyarələr “həmrəyliyi gücləndirmək və kollektiv imkanları təkmilləşdirmək” üçün müttəfiq hərbi hava qüvvələri ilə birgə təlim və təlim uçuşları seriyasında iştirak etmək üçün Avropada yerləşdirilir.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə təlimlər fasiləsiz inteqrasiyanı təmin edir, Avropada kollektiv çəkindirmə və döyüş potensialımızı gücləndirir”, – ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin əməliyyatlar və strateji çəkindirmə direktoru general-mayor Cozef Kampo bildirib.

Trans-Atlantik uçuşdan sonra Avropa səmasında olan ABŞ HHQ-nin ilk bombardmançı təyyarələri artıq Fransa, İsveç və Finlandiyanın qırıcı təyyarələri ilə birgə ilk planlı missiyanı yerinə yetiriblər.

İstinadlar Report