Amerika Birləşmiş Ştatları İranın 500 hüquqi və fiziki şəxsinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməkdən imtina edib.

Bunu İranın Vyanadakı beynəlxalq təşkilatlarında daimi nümayəndəsi Kazım Qərib Abadi deyib.

Onun sözlərinə görə, sanksiyalar ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə tətbiq edilib.

O əlavə edib ki, ABŞ rəsmiləri D. Tramp hökumətinin nüvə anlaşmasından çıxmasına bənzər vəziyyətin bir daha təkrarlanmayacağına zəmanət verməkdən də imtina edbilər.

İstinadlar Report