
Amerika Birləşmiş Ştatları Ukraynada münaqişə başlayandan bəri 155 mm kalibrli artilleriya mərmilərinin istehsalını iki dəfə artırıb və 2024-cü ilin sonuna qədər onu yenidən iki dəfə artırmağı planlaşdırır.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Vaşinqton beləliklə öz istehsalı hesabına Ukraynaya operativ və əhəmiyyətli sursat tədarükü təmin edə biləcək.