ABŞ-nin deportasiya edilmiş Hindistan miqrantlarını daşıyan üçüncü “C-17” hərbi-nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab ştatına çatıb.

Bu barədə “Hindu” qəzeti məlumat yayıb.

“HHQ təyyarəsi ilə ABŞ-də qeyri-qanuni yaşayan 112 hindistanlı vətənə qaytarılıb. Onların arasında Qucarat, Pəncab, Uttarakhand, Uttar-Pradeş, Haryana və Himaçal-Pradeş ştatlarının sakinləri var”, – məlumatda qeyd edilib.

Fevralın əvvəlindən ümumilikdə 335 hindistanlı deportasiya edilib.

Hindistan rəhbərliyi vurğulayıb ki, Nyu-Delhi deportasiya edilən bütün qeyri-qanuni miqrantları qəbul edəcək və Vaşinqtonla əməkdaşlıq edəcək. ABŞ-də deportasiya edilə biləcək 18 min hindistanlı aşkar edilib.

İstinadlar Report