Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın Alqarve bölgəsindəki 10 milyon avroluq evinə həbs qoyulub.

Bu barədə “Publico” qəzeti məlumat yayıb.

Məlumata görə, Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də, Portuqaliyanın dövlət bank korporasiyası bu barədə ölkə polisinə məlumat verib.

Portuqaliya Xarici İşlər Nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.

İstinadlar Report