
Aprel ayında İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər.
Bunu Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
O bildirib ki, iki ölkə arasında münasibəltər düzgün yolda inkişaf edir:
“Müxtəlif səviyyələrdə yüksək səviyyəli nümayəndə heyətləri görüşür, fərqli məsələləri müzakirə edirlər. Hər iki ölkənin liderləri daim birbaşa təmasdadırlar”.
Nazirin sözlərinə görə, strateji tərəfdaşlıq haqqında saziş gələn ay imzalana bilər: