Abbas Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının Aparat rəhbərinin müavini təyin olunub.

Bununla bağlı Ajans-az məlumat yayıb.

O, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində müşavir vəzifəsində çalışırdı. 

Abbas Əliyev Fərhad Əliyevin nazir olduğu dönəmdə İqtisadi İnkişaf Nazirliyində ictimaiyyətlə əlaqələrdən məsul idi.