Əgər hökumət indiki kursunu davam etdirsə, Avropa Birliyi Gürcüstana qapılarını bağlayacaq.

Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“İndi AB-nin qapıları Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, bu qapılar bağlanacaq”, – Borrell bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici təsiri şəffaflığı haqqında” qanun layihəsini qəbul etdikdən sonra Qərblə Tiflisin münasibətlərində ciddi problemlər yaranıb.