Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin sabaha fövqəladə toplantısı təyin olunub.

Buna səbəb AMEA prezidenti Akif Əlizadənin istefa ərizəsi yazmasıdır. İddiaya görə, A.Əlizadə yaşı ilə bağlı vəzifədən istefa vermək qərarına gəlib.

Demokrat.az fövqəladə toplantının oktyabrın 23-də saat 11:00-a təyin olunduğunu, AMEA-nın yeni prezidenti kimi isə akademiklər Nərgiz Paşayeva və Rasim Əliquliyevin şanslarının daha çox dəyərləndirildiyini bildirib.

Qeyd edək ki, akademik Akif Əlizadənin 86 yaşı var.

 

İstinadlar axar