Oğuzda yanğın hadisəsi baş verib. 

Hadisə bu gün səhər saatlarında, rayonun Şirvanlı kəndində qeydə alınıb. 

Yaşayış evlərindən birinin yanması nəticəsində orada yaşayan 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızı yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo