
2017-ci ilin yanvar-mart aylarında Azərbaycan 80 mln. 234,1 min dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 57,7% çoxdur.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, kənd təsərrüfatı mallarının ixracında meyvə-tərəvəz məhsulları daha çox paya malik olub. Cari ilin yanvar-mart aylarında 34 mln. 951,3 min dollar dəyərində (artım 19,9%) 29,548 min ton meyvə (artım 58,5%) və 20 mln. 449,9 min dollar ton dəyərində (artım 44,9%) 26,037 min ton tərəvəz (artım 92,7%) ixrac edilib.
Bundan başqa, hesabat dövründə 17 mln. 152 min dollar dəyərində (artım 8 dəfə) 12,515 min ton pambıq (artım 6,5 dəfə), 2 mln. 193,7 min dolar dəyərində (artım 58,7%) 994,4 min ədəd dəri xammalı (azalma 33,1%), 3 mln. 898,3 min dollar məbləğində (artım 6,8%) 1,164 ton tütün məmulatı (artım 35,4%) ixrac edilib.
2016-cı ildə Azərbaycan 426 mln. Dollar 111,7 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur.