8 mart bayramı ərəfəsində “CinemaPlus” kinoteatrında “Ən yaxşı 8 görüş” filminin nümayişi baş tutacaq

Azərbaycanın premium kinoteatrı “CinemaPlus”un, romantik kino sevərləri üçün sevindirici xəbəri var.  8 mart ərəfəsində Rusiya istehsalı olan “Ən yaxşı 8 görüş” komediyasının nümayişi keçirilib.

Film həmişə məzəli əngəllərə düşən Vladimir Zelenskinin qəhrəmanının şən sərgüzəştləri haqqında bəhs edir.  Bu dəfə ona gözəl Vera Brejneva yoldaşlıq edəcək. Filmin rejissoru Maryus Vaysberq. Həmçinin filmdə Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin və başqaları çəkilib.

Günəşli günlərin bir günü baytar klinikasının uğurlu sahibi sağalmaz xəstəliyə düçar olub. Lakin o, heç şübhələnmirdə ki, bu həkim səvhidir və ciddi olaraq, arvadı, uşaqları və biznesinin kim qeydinə qalacağını haqqında fikirləşir. Və birdən onun ağlına fikir gəlir, nə qədər  təəssüf verici olsa da, artıq özünə əvəz edici tapmaq lazımdır.

 

Beləliklə, ciddi seçimdən sonra etibarlı və zərərli vərdişləri olmayan İlya adlı yanğın söndürən xoşniyyətlilik bəhanəsilə  Sokolovların ailəsində məskunlaşır. Nikita “əvəzləmə” kodu adı altında gizli əməliyyata başlayır. Lakin Nikita səhhətinə heç bir təhlükə olmadığını anlayanda artıq gec olur! Gözəl İlyanı artıq hər sevməyi bacarıb, hətta baytar klinikasının xəstələri belə. Həyat uğrunda savaş yox, artıq sevgi uğrunda savaş hələ indi başlayır.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Oxumağa dəyər:   1 yaşlı uşağın üstünə qaynar su töküldü

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.