Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Sərdar Soltanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu “8-ci km bazarı” adlanan bazarda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü S.Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb.

Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və həyatını xilas etmək mümkün olub.

İstinadlar Report