ABŞ-da keçirilmiş seçkilərində öz qələbəsini elan etmiş Co Baydenin ayağı burxulub.

Bu barədə jurnalistlər bildirib.

Qeyd edilir ki, hadisə Bayden iti ilə oynayan zaman baş verib.

“Bayden iti “Meydjer”lə oynayan zaman sürüşdü və topuğu burxuldu”, – xəbərdə deyilir.

“Ona həkim-ortoped baxıb”, – məlumatda qeyd olunur.

Bayden avtomobil kortejinin müşayiəti və jurnalistlərlə birlikdə həkim-ortopedə gedib. Müxbirlər siyasətçinin özünü görməyiblər, çünki onlara mikroavtobusu tərk etməyə icazə verməyiblər.