“Builki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. Azərbaycan vətəndaşlarından 77-si artıq dünyanın top universitetlərinə qəbul olunub”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illər şagirdlər arasında təşkil edilən müsabiqələrə təxminən 40 min məktəblinin qatılması ölçülə bilən nəticələri görməyə kömək olur: “Əvvəlki xaricdə təhsil proqramları ilə müqayisədə son illər dünyanın ən qabaqcıl universitetlərinə yerli tələbələrin qəbul sayında xeyli dəyişiklik var. Hətta proqram siyahısından kənar qabaqcıl ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olunan tələbələrimiz var. Olimpiada qalibi olanların bu sahədə sayı daha çoxdur”.

Nazir, həmçinin əlavə edib ki, bu il ilk dəfə Qərbi Azərbaycana Qayıdış olimpiadası keçirilir və olimpiadaya böyük maraq var. Müsabiqənin ilk dəfə elan olunduğu Naxçıvanda da təltifetmənin olması planlaşdırılır.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo