
77-ci Kann Film Festivalının qalibləri məlum olub.
“Qızıl Palma budağı”nın əsas mükafatı Şon Beykerin “Anora” filminə verilib.
Filmdə Mark Eydelşteyn, Yuri Borisov, Aleksey Serebryakov və başqaları iştirak edib.
Festivalın “Qran-pri” mükafatını Payal Kapadianın “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.
Digər qaliblər aşağıdakılardır:
Ən yaxşı rejissor – Migel Qomes
Münsiflər heyətinin mükafatı – Emilia Perez
Münsiflər heyətinin xüsusi mükafatı – Məhəmməd Rəsulov
Ən yaxşı debüt üçün “Qızıl Kamera” – “Armand”
Ən yaxşı ssenari – Korali Fargea
Ən Yaxşı aktrisa – Adriana Pas, Zoe Saldana, Carla Sofia Qascon, Selena Gomez
Ən yaxşı aktyor – Cessi Plemons
Ən yaxşı qısa film – “Susmağı bacarmayan adam”
Fipressi Mükafatı – “Müqəddəs əncir toxumu”