Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqlayıb.

Hadisə ötən gecə rayonun Mosul kəndində baş verib. 

Belə ki, kənd sakini, 1949-cu il təvəllüdlü Murtuzəliyev Camələddin Murtuzəli oğlu həmkəndlisi, 1970-ci il təvəllüdlü Rəsulov Ramiz Qeybullah oğlunu qarın nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. 

Ramiz Rəsulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. 

Hədisəni törətməkdə şübhəli sayılan Cəmaləddin Murtuzəliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo