Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib.

Hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub.

Hacıyev həyətyanı sahədəki təsərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib.

Nəticədə məktəb direktorunun qabırğası sınıb, nəfəs borusu və bədəninin digər nahiyələri əzilib.

A. Hacıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirir.

İstinadlar Qafqazinfo