Mayın 5-də, saat 15:00-da İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək üçün elan edilmiş 7-ci qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.

Tədbirin təşkilində məqsəd 7-ci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran sualların cavablandırılması və onları məlumatlandırmaqdır.

KOB subyektləri aşağıdakı linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/85982147559?pwd=pGCsDNyV6ORED4YWWxuoW5dpglxvfH.1

Meeting ID: 859 8214 7559

Passcode: 882073

İstinadlar Report