Yaponiya altıncı nəsil texnologiyasının istifadə tarixini açıqlayıb. Mütəxəssislərin fikrincə, 2030-cu ilədək Asiya dövlətinin ərazisində “6G” şəbəkəsi işə salınmalıdır.

“Nikkei”nin hesabatında deyilir ki, Yaponiya 2030-cu ilədək “6G”-nin inkişaf strategiyasını hazırlamaq və yeni nəsil şəbəkələrinin infrastrukturunu genişləndirmək niyyətindədir. Bu ay Daxili İşlər və Rabitə Nazirliyi və Tokio Universitetindən ekspert qrupu uzunmüddətli planlaşdırma ilə məşğul olacaq. Layihəyə, həmçinin biznes nümayəndələri dəvət edilib: Yaponiyanın ən böyük telekommunikasiya şirkəti olan “Nippon Telegraph and “Telephone” və “Toshiba”.

Hesabatda deyilir ki, “6G” şəbəkələrinin geniş yayılması ani məlumatların ötürülməsinin prioritet olacağı “yeni bir cəmiyyət” qurmağa kömək edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, “6G” rabitə standartı informasiyanın ötürülməsi sürətini “5G” ilə müqayisədə ən azı 10 dəfə artıracaq.

Dövlət yeni rabitə standartının öyrənilməsinə 2,03 milyard dollar xərcləməyi planlaşdırıb və “6G” üçün boş tezlikləri ayırmağa söz verib. Həmçinin qeyd edilir ki, Çin, Cənubi Koreya və Finlandiyada da oxşar proqramlar mövcuddur.

Oxumağa dəyər:   Əliyevlə Ərdoğan mətbuat konfransı keçirdi - Video

Emil Hüseynov

İstinadlar ict news