Balakənda şərab evlərinin birində quldurluq cinayəti baş verib.

DİN-dən verilən məlumata görə, naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək ondan spirtli içki tələb etdiyi müəyyən olunub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.